
Poçt göndərmək
E-poçtlarınızın yığılıb qalmasına imkan verməyin. Yolda olarkən e-poçtları oxumaq və cavab
yazmaq üçün telefonunuzdan istifadə edin.
1. Vurun: Outlook Mail.
2. Daxilolanlar qutunuzda seçiminə toxunun.
3. Əlaqələr siyahınızdan qəbuledən əlavə etmək üçün ad yazmağa bașlayın. Siz həmçinin
ünvanı yaza bilərsiniz.
İşarə:Əlaqəni silmək üçün adına vuraraq Sil vurun.
4. Mövzunu və e-poçtunuzu yazın.
İşarə:Telefonunuz e-poçtu sürətlə yazmağa imkan verir. Yazarkən telefonunuz cümlənizi
tamamlamaq üçün mümkün sözləri təklif edir. Söz əlavə etmək üçün təklifə vurun.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
80

Siyahıya baxmaq üçün təkliflərin üzərinə sürüșdürün. Bu xüsusiyyət bütün dillər
tərəfindən dəstəklənmir.
5. Șəkil və ya fayl əlavə etmək üçün seçiminə toxunun.
İşarə:Siz həmçinin e-poçt yazarkən yeni șəkil çəkə bilərsiniz. > Kamera seçiminə
toxunun, șəkil çəkin və seçiminə toxunun.
6. Məktub göndərmək üçün seçiminə toxunun.